Sərdar Cəlaloğlu: “Müxalifətin birliyinə yönəlmiş cəhdlərin effekt verəcəyinə inanmıram”

Sərdar Cəlaloğlu: “Müxalifətin birliyinə yönəlmiş cəhdlərin effekt verəcəyinə inanmıram”
# 29 aprel 2013 09:11 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Uzun illər bir yerdə əməkdaşlıq edən təşkilatların, iki gün əvvəl yaranan “El” hərəkatının təşəbbüsünə bu şəkildə dəstək verməsi ilk növbədə yanlışdır, sonra isə qəribədir və sual doğurur”.

Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. O bildirib ki, Azərbaycan qanunlarına görə, ictimai təşkilatların siyasi fəaliyyətlə məşğul olması qadağandır: “Digər tərəfdən bir şəxs həm Ziyalılar Forumunun, həm “EL” hərəkatının nümayəndəsi kimi çıxış edir və Ziyalılar Forumu adından müxalifəti birləşdirməyə yönələn fəaliyyət göstərir. Həmin şəxs “El” hərəkatı adından isə tərəf olaraq çıxış edir. Bunun özü də anlaşılmaz və anormal vəziyyətdir”.

S. Cəlaloğlu qeyd edib ki, müxalifətin birliyinə belə cəhdlərin effekt verəcəyinə inanmır: “Bir aya yaxındır ki, bu qruplar arasında danışıqlar gedir. Müxalifətin öz arasında aparılan danışıqları gizlətməsi demokratiyaya arxa çevirmək deməkdir. Hesab edirəm ki, bu məsələlər şəffaf, aşkarlıq şəraitində, xalqın qarşısında getməlidir”.

Milli Şuranın yaradılmasının zaman və perspektiv baxımından gecikdiyini də söyləyən S. Cəlaloğlu bildirib ki, bu qurumu yaratmaq istəyən şəxslər, hələ yaranmayan təşkilatın adından məsuliyyətsiz bəyanatlarla yadda qalırlar: “Bu onu göstərir ki, Milli Şura legitim ola bilməyəcək. Çünki təşkilatlanma aşağıdan yuxarıya doğru getməlidir. Ümumiyyətlə yaradılması istənilən bu təşkilata Milli Şura adının qoyulmasından da narahatlıq keçirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR