“ASAN xidmət”ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb

“ASAN xidmət”ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb
# 22 sentyabr 2015 08:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanları 21 sentyabr 2015-ci il tarixdə başa çatıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-ya verlən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 189 qadın namizəd olmaqla 772 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 83.29%-ni gənclər təşkil edib. Namizədlərdən 362 nəfəri (46,89%) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən 344 namizəddən 19-u qadın olmaqla 66 nəfəri bu mərhələdə uğur qazanmışdır. Test imtahanı mərhələsi qaliblərinin 90.91%-i gənclər təşkil edib.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilmişdir. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanı mərhələsində uğur əldə edən namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün test imtahanı mərhələsi başa çatdığı gündən sonrakı 10 iş günü ərzində qanunvericiliklə müəyyən olunmuş sənədlərini Komissiyaya təqdim etməlidirlər. Bu müddət ərzində sənədlərini təqdim etməyən namizədlər müsahibə mərhələsinə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR