Ötən il fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2500 akt və 760 protokol tərtib olunub

Ötən il fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2500 akt və 760 protokol tərtib olunub
# 06 mart 2013 11:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hesabat dövründə təbiətin mühafizəsi sahəsində problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq və ekoloji problemlərin yaranmasının qarşını almaq məqsədilə dövlət nəzarəti gücləndirilib. APA-nın xəbərinə görə, Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunur ki, ötən il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar 2500 akt və 760 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1078 göstəriş verilib.

Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 719 iş üzrə 5,8 milyon manat məbləğində cərimə tətbiq edilib ki, bunun da 300,7 min manatının ödənilməsi təmin olunub. Ətraf mühitə dəymiş ziyanla bağlı 536 iş üzrə 1,9 milyon manat məbləğində iddia qaldırılıb ki, bunun da 58,2 min manatının ödənilməsi təmin edilib. Əmələ gələn tullantıların ətraf mühitə atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə, idarə və müəssisələrə 5047 iş üzrə 1,1 milyon manat məbləğində ödəmə tətbiq edilib ki, bunun da 1, 2 milyon manatının ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 162 işdən 37-nə, icra qruplarına göndərilmiş 478 işdən 225-nə, məhkəməyə göndərilmiş 177 işdən 96-na baxılaraq müvafiq tədbirlər görülüb.

Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 1,78 milyon manat vəsait köçürülüb və inzibati xətalarla bağlı ödəmələr 2003-cü illə müqayisədə 8,5 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR