Azərbaycanda qeyri-neft sahələrində istehsalın həcmi 5,4% artıb

Azərbaycanda qeyri-neft sahələrində istehsalın həcmi 5,4% artıb
# 10 sentyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu–APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sənayenin təsərrüfat subyektləri tərəfindən 22,6 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 72,1%-i istehsal olunmuş mədənçıxarma bölməsində 28,6 mln. ton neft, 12,3 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,0%-ni təşkil edib, qida, geyim, tütün məmulatları, ağac emalı və ağacdan məmulatlar, kimya, tikinti materialları, hazır metal məmulatları, elektrik avadanlıqları, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini 5,4% üstələyib, neft-qaz sektorunda isə 2,4% azalıb. Ümumi sənaye istehsalının 93,2%-i malların (əmtəələrin), 6,8%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,7%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR