Azərbaycanda İMEİ kod nömrələri qara siyahıda olan mobil telefonlara xidmət göstərənlər məsuliyyətə cəlb olunacaqlar

Azərbaycanda İMEİ kod nömrələri qara siyahıda olan mobil telefonlara xidmət göstərənlər məsuliyyətə cəlb olunacaqlar
# 05 fevral 2013 11:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda İMEİ kod nömrələri mobil cihazların müvafiq qeydiyyat sisteminin qara siyahısında olan mobil cihazlara xidmət göstərənlər də məsuliyyətə cəlb olunacaqlar. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 180-ci maddəsinə yeni bənd əlavə olunacaq.

Bununla bağlı qanun layihəsi artıq hazırdır. Layihə qüvvəyə mindiyi təqdirdə bu əmələ görə vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 10 min manat miqdarında cərimələnəcəklər.

Bu əməl il ərzində inzibati tənbeh almış şəxs tərəfindən törədilərsə, vəzifəli şəxslər 4 min, hüquqi şəxslər 20 min manat miqdarında cərimələnəcəklər. Eyni zamanda həmin maddədə telekommunikasiya şəbəkələrinin mobil cihazların qeydiyyat sisteminə qoşulmasının və uyğunlaşdırılmasının təmin edilməməsi də inzibati məsuliyyət hesab olunacaq. Bu inzibati xətaya görə vəzifəli şəxslər 5 min, hüquqi şəxslər 25 min manat miqdarında cərimələnəcəklər. Layihə bu sessiya Milli Məclisdə müzakirəyə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR