Mərkəzi Nəbatat Bağında istirahət mərkəzi yaradılacaq

Mərkəzi Nəbatat Bağında istirahət mərkəzi yaradılacaq
# 06 fevral 2013 10:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Bu ilin sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanası və Milli Azərbaycan Ensiklopediyası yeni binalara köçəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzi və Biologiya və Tibb Elmləri Bölməsi üçün də yeni bina tikiləcək: “Mərkəzi Nəbatat Bağının quruluşu tamamilə yenilənəcək, burada istirahət mərkəzi yaradılacaq. 2015-ci ilə qədər bu işlər tamamlanmalıdır. Artıq bununla bağlı layihə hazırlanıb. Həmin ərazidə olan binalar söküləcək, yerində yeni binalar tikiləcək. Ərazidə yeni park salınacaq və bura çox gözəl istirahət mərkəzinə çevriləcək. Lakin Bağın statusu yenə də dəyişməz qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR