Paşha Bank
Bank Of Baku

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib
# 29 sentyabr 2026 11:00 (UTC +04:00)

Bu il 15 sentyabradək qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib.

APA xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, 38 nəfərə müvafiq köməklik göstərilib.

Qeyd edilib ki, 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR