Bank Of Baku

FHN: Ötən həftə 443 yanğına çıxış olub, 58 nəfər xilas edilib- VİDEO

FHN: Ötən həftə 443 yanğına çıxış olub, 58 nəfər xilas edilib- VİDEO
# 08 iyun 2026 09:47 (UTC +04:00)

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 443 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 58 nəfər xilas edilib, yanğınlar zamanı 15 nəfər təxliyə olunub, hadisələrlə bağlı 4 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR