Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək - VİDEO

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2014 11:19 (UTC +04:00)

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 17-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR