Azərbaycandakı bankların kredit qoyuluşları artıb

Azərbaycandakı bankların kredit qoyuluşları artıb
# 08 may 2015 09:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-nə bankların kredit qoyuluşları 20 mlrd. 72,8 mln. manat təşkil edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunub.

Statistik göstəricilərə əsasən, bu rəqəm, mart ayının 1-nə olan göstərici ilə müqayisədə 0,32% azdır. Belə ki, fevral ayında kredit qoyuluşları 20 mlrd. 137,7 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən isə bu rəqəm 30,11% artım deməkdir. Qeyd edək ki, 2014-cü ilin martında kredit qoyuluşları 15,427 mlrd. olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR