Mehriban Əliyeva Roma Opera Teatrında “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının premyerasında iştirak edib - FOTOSESSİYA

Mehriban Əliyeva Roma Opera Teatrında “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının premyerasında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 07 mart 2013 07:10 (UTC +04:00)

APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, premyerada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.

M. Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılayıb.

Roma opera teatrı 1880-ci ildə açılıb. Məhz bu teatrda Ciakomo Puççininin “Toska”, Pyetro Maskanyinin “Maskalar” və digər tanınmış bəstəkarların operalarının premyeraları olub. Bu səhnədə isə Cemma Bellinçoni, Hariklea Darkle, Antonio Kotonyi, Enrike Karuzo, Tito Skipa, Mersedes Lyopart kimi görkəmli ifaçılar çıxış ediblər.

M. Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti, xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşüb. Azərbaycanla İtaliya arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunan görüşdə Heydər Əliyev Fondunun ölkələr arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.

Sonra operanın vətəni sayılan İtaliya paytaxtında Rikardo Mutinin dirijorluğu ilə “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatı olub.

M. Əliyeva operanın yeni təqdimatının premyerasına baxıb.

Lord Bayronun eyniadlı tragediyası əsasında yazılan əsər ilk dəfə 1844-cü ildə məhz Romada “Arcentino” teatrında səhnələşdirilib.

Sonra Azərbaycanın birinci xanımı London, La-Skala, Filadelfiya, hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə görüşüb. Dünyanın ən görkəmli dirijorlarından olan maestro Roma opera teatrının da fəxri dirijorudur və bu sənət məbədində ən böyük premyeralarda orkestrə rəhbərlik edir.

Günün sonunda M. Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR