Azərbaycanda övladlığa uşaq götürmək istəyən 15 əcnəbi ailə qeydiyyatdadır

Azərbaycanda övladlığa uşaq götürmək istəyən 15 əcnəbi ailə qeydiyyatdadır
# 06 mart 2013 09:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci il üçün illik hesabatında qeyd edilib.

2012-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 13 əcnəbi ailəsi övladlığa uşaq götürmək məqsədi ilə müraciət edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 2012-ci il ərzində 7 uşaq övladlığa götürülüb ki, həmin ailələrdən bir qismini Rusiya vətəndaşı olan əcnəbilər təşkil edir.

İl ərzində əcnəbi şəxslər tərəfindən övladlığa götürülmüş uşaqların sosial mühitini, təhsilini, davranışlarını əks etdirən hesabatların alınması tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR