KXCP-nin prezidentliyə namizədi sabah açıqlanacaq

KXCP-nin prezidentliyə namizədi sabah açıqlanacaq
# 25 yanvar 2013 15:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Sabah Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) prezident seçkilərinə qatılacaq namizədi müəyyənləşəcək. Bu barədə APA-ya açıqlamasında KXCP Ali Məclisinin sədri Bəybala Əbil deyib.

Məclis sədri bildirib ki, yanvarın 26-da KXCP Ali Məclisinin toplantısı keçiriləcək. Toplantıda bir sıra məsələlərin müzakirə olunacağını deyən B. Əbilin sözlərinə görə, həmçinin partiyanın prezident seçkilərində iştirakı ilə bağlı qərar da qəbul olunacaq: “Sabah partiyanın prezidentliyə namizədi açıqlanacaq. Partiyanın sədri artıq seçkilərdə iştirakla bağlı niyyətini açıqlayıb. Buna görə də güman edirik ki, partiyanın prezidentliyə namizədi sədr Mirmahmud Mirəlioğlu olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR