Gəncə. Azər Məmmədli - APA. Gəncədə yaşayış evindən qızıl zinət əşyaları oğurlanıb.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Sadıllı qəsəbəsində yaşayan Əli Qafarov ona məxsus evdən oğurluq edilməsi barədə polisə məlumata verib. Bildirib ki, onlar evdə olmadığı zaman yaşadığı mənzilin qapısı sındırılıb və yataq otağında yerləşən paltar dolabından 4 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.