Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradıb

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları yaradıb
# 22 aprel 2015 07:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bəzi faktlarla bağlı digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupu yaradıb.

APA-nın məlumatına görə, bu barədə 2015-ci ilin birinci rübünün yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, Baş İdarəyə korrupsiya cinayətlərinə dair daxil olan 190 material üzrə digər dövlət qurumları ilə birgə istintaq-əməliyyat qrupları təşkil olunub. Milli Təhlükəsizlik Nazirliyi ilə 1, Daxili İşlər Nazirliyi ilə 101, Vergilər Nazirliyi ilə 19 cinayət işi üzrə istintaq-əməliyyat qrupları yaradılıb.

K. Əliyev bildirib ki, Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub. Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi hallarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub.

K. Əliyev deyib ki, yuxarıda sadalananlardan başqa, Baş İdarəyə məhkəmələrdən 20, Maliyyə Nazirliyindən 3, Səhiyyə Nazirliyindən 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından 1, digər prokurorluq orqanlarından 3, Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, digər qurumlardan isə 15 material göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR