Barak Obama və Raul Kastro bir-birinə əl uzadaraq salamlaşıblar - FOTO - VİDEO

Barak Obama və Raul Kastro bir-birinə əl uzadaraq salamlaşıblar - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 aprel 2015 09:14 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyasındakı məmurlardan biri qeyri-formal təmas zamanı hər hansı mövzuda müzakirə aparılmadığını deyib. Hər iki liderin bu gün görüşərək diplomatik münasibətlərin tam bərpasını, qarşılıqlı səfərlərin başlamasını və ticarət əlaqələrinin stimullaşdırılıması məsələlərini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, aprelin 8-də B. Obama ilə R. Kastro arasında telefon danışığı olub. Tərəflər diplomatik əlaqələrin bərpasını və səfirliklərin açılmasını müzakirə ediblər. Aprelin 9-da isə ABŞ dövlət katibi Con Kerri Panamada Kubanın xarici işlər naziri Bruno Rodrigeclə görüşüb. Sonuncu dəfə bu səviyyədə görüş 1958-ci ildə ABŞ dövlət katibi Con Foster Dalles və Kuba xarici işlər naziri Qonsalo Quel-i-Morales arasında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR