Almaniyanın Viadrina Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib - FOTO

Almaniyanın Viadrina Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">FOTO
# 08 iyun 2015 10:26 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun təşkilatçılığı ilə Almaniyada konfrans keçirilib.

Şuradan APA-ya verilən Almaniyanın Frankfurt-am-Oder şəhərində yerləşən Viadrina Universitetində keçirilən tədbirə ölkəmizin Almaniyadakı səfirliyin nümayəndələri, universitetin professor heyəti və tələbələr qatılıb. Toplantının ilk hissəsində iştirakçılar ölkəmiz haqqında Almaniyada mövcud olan stereotiplər haqqında fikirlərini bölüşüblər.

Müzakirələr zamanı məlum olub ki, Viadrina Universitetində keçmiş MDB ölkələrinə dair davamlı tədqiqatların aparılmasına baxmayaraq, tələbələr ölkəmiz barədə məhdud informasiyaya malikdir. Professor Knefelkamp cari ilin payızında Viadrina Universitetində Azərbaycanla bağlı xüsusi tədbirin təşkil olunmasını təklif edib.

Tədbirin ikinci yarısında Azərbaycanın Almaniyadakı səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edərək ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə qazandığı uğurlardan bəhs edib. Rizvan Nəbiyev həmçinin Almaniya-Azərbaycan münasibətlərinin inkişafına toxunaraq iki ölkənin bir çox sahələrdə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Konfransda çıxış edən Humboldt Universitetinin professoru xanım Eva-Maria Aux almanların Azərbaycanda məskunlaşma tarixi, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə aid olan insanların yüz illər boyu sülh şəraitində yaşaması haqqında danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR