Ukrayna ordusu Luqansk şəhərinə həlledici hücuma hazırlaşır

Ukrayna ordusu Luqansk şəhərinə həlledici hücuma hazırlaşır
# 14 iyul 2014 08:24 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, iyulun 13-də ordu qüvvələri Luqansk şəhəri ətrafındakı Beloye, Aleksandrovsk, Sutoqan və Roskoşnoye qəsəbələrini silahlı separatçılardan təmizləyib. Bundan başqa, uzun müddətdir silahlıların əhatəsində olan Luqansk hava limanının mühasirəsi aradan qaldırılıb.

Qondarma “Luqansk Xalq Respublikası”nın rəhbərliyi strateji təşəbbüsü itirdiklərini etiraf edib. Silahlıların bir qisminin Rusiyaya tərəf qaçmağa çalışdığı bildirilir.

Qeyd edək ki, hazırda Donbass bölgəsinin böyük hissəsi Ukrayna güc strukturlarının nəzarətindədir. Ukrayna dövləti yaxın vaxtlarda Luqansk və Donetsk şəhərlərini də azad edərək silahlı separatizmə son qoymağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR