Bank Of Baku

Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 10 sentyabr 2026 23:43 (UTC +04:00)

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakini, 1979-ci il təvəllüdlü Qasımova Sayad Abdulla qızı ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR