Edvard Nalbandyan: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur”

Edvard Nalbandyan: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur”
# 10 aprel 2013 12:46 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Ermənistan xarici işlər naziri səlahiyyətlərinin icraçısı Edvard Nalbandyan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəl törətməkdə günahlandırıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, E. Nalbandyan slovakiyalı həmkarı Miroslav Layçakla birlikdə keçirdiyi brifinqdə bu mövzuda fikirlərini açıqlayıb. Onun fikrincə, elə təsəvvür yaranır ki, Türkiyə qəsdən Ermənistanla münasibətlərin normallaşdırılması məsələsini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirir və bununla da beynəlxalq ictimaiyyətin və Ermənistanın problemin dinc yolla həllinə dair səylərinə mane olur: “Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılmasını Dağlıq Qarabağ münaqişəsi il əlaqələndirmək prosesə zərbə vura bilər”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə son görüşündə Ermənistanla münasibətlərin normallaşdırılmasının Dağlıq Qarabağ probleminin həllində irəliləyişdən asılı olduğunu bir daha bəyan edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR