Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçilib
# 28 yanvar 2013 08:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) hesabat-seçki konfransı keçirilib. Assosiasiyadan «APA-Economics»ə veriən məlumata görə, konfransda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, ASA sədri Azər Əliyev, ASA-nın təsisçi və üzvləri olan şirkətlərin rəsmiləri iştirak ediblər.

A.Əliyev konfrans iştirakçılarına 2012-ci ilin fəaliyyət hesabatını açıqlayıb, ötən il ərzində ASA tərəfindən həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib.

Tədbirdə həmçinin A.Əliyevin sədr kimi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədr seçkiləri keçirilib. Konfransda Dövlət Sığorta Nəzarəti Xidmətinin mütəxəssisi Orxan Bayramovun namizədliyi irəli sürülüb və təsisçilərin yekdil qərarı ilə o, ASA-nın növbəti 3 il üçün sədri seçilib.

Daha sonra O.Bayramov cari il üçün ASA-nın fəaliyyət strategiyasını açıqlayıb, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə konfrans iştirakçılarına məlumat verib.

Sonda ASA-nın 2013-cü il üçün büdcəsi təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR