ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 25 fevral 2013 14:05 (UTC +04:00)

Bakı-APA. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, tolantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri ilk növbədə Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirib və bu seçkilərin ədalətli, azad və bərabərlik prinsiplərə uyğun gəlmədiyini, total saxtakaerlıqla müşahidə olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, adı çəkilən ölkədə seçkilərin anti-demokratik şəraitdə keçirilməsi Qarabağ probleminin ədalətli həlinə, Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına olan ümidləri heçə endirməklə Sarkisiyan rejiminin bundan sonra da regionda aqressiv siyasətinin davam etditilməsinə və Qarabağ məsələsinin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə zəmin yaradır.

Lakin S.Sərksiyanın bu seçkilərdə özünə yüz faizli qələbə yazdırmaması və seçkidən sonra ölkənin müxalif qüvvələrinə etiraz aksiyaları keçirilməsi üçün maneçilik törədilməməsi faktlarına diqqətt çəkən İdarə Heyəti üzvləri seçkidən sonrakı dövrün qansız-qadası ötüşəcəyi qənaətində olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu örnəkdən nümunə götürməyə çağırıb.

İdarə Heyəti üzvləri 26 fevral Xocalı soyqırımı şəhidlərini sükutla yad edib və beynəlxalq təşkilatları iyirminci əsrin ən dəhşətli hadisəsi olan bu faciyəni soyqırım kimi tanımağa, bu soyqırımı törədən erməni cəlladlarını tarixin mühakiməsinə verməyə çağırıb.

İdarə Heyəti üzvləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri R.Moniqstarın bögələrə səfərini, səfər zamanı onun ölkəmizdə islahatlara, demokratik dəyişilmələrə xüsusi ehtiyac olması faktını dilə gətirməsini təqdir edib və ölkədə fəaliyət göstərən digər səfirrləri də bu istiqamətdə addımlar atmağa, Azərbaycanda demokratik gəlişməklərə öz töhfələrini verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR