Azərbaycanda bələdiyyə torpaqları icra hakimiyyətinin iştirakı olmadan icarəyə veriləcək

Azərbaycanda bələdiyyə torpaqları icra hakimiyyətinin iştirakı olmadan icarəyə veriləcək
# 25 yanvar 2013 08:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bələdiyyələr özlərinə məxsus torpaqları icra hakimiyyətinin iştirakı olmadan icarəyə verə biləcəklər.

APA-nın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında sədr Arif Rəhimzadə bildirib ki, bu, Torpaq Məcəlləsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Komitə sədr qeyd edib ki, hazırda bu məsələ ilə bağlı bürokratik problemlər yaşanır və bələdiyyələr öz torpaqlarını icarəyə verməkdə xeyli çətinliklər yaşayır: “Bələdiyyələr öz mülkiyyətində olan torpaqların icarəyə verilməsinin sənədləşdirilməsi məsələsində xeyli problemlər yaşayırlar. Nəzərdə tutulan dəyişikliklər bu məsələləri tənzimləyəcək”.

Dəyişikliklərə əsasən bələdiyyələrə özlərinə məxsus torpaqları icarəyə vermələri ilə bağlı sənədləşdirmə prosesini 11 ay müddətinə başa çatdırmaq hüququ veriləcək. Bələdiyyələr icra hakimiyyətlərinin iştirakı olmadan özlərinə məxsus torpaqları icarəyə verməkdə qanuni olaraq statusa malik olacaqlar. Dəyişikliklərin Milli Məclisin qış sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR