Bakıda birinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir

Bakıda birinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir
# 15 noyabr 2014 09:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi, respublikada fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhər sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə Azərbaycanda ilk dəfə “Mövsüm Səyahət Yarmarkası” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu məqsədlə Bakıda Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə birinci “Mövsüm Səyahət Yarmarkası” keçirilir.

Yarmarkada 10 mehmanxana və 15 turizm şirkəti iştirak edib. Şirkətlərdən 50 faizdən çoxu daxili turizmi təbliğ edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR