Azərbaycanda bank kassa dövriyyəsi son bir ildə 30% artıb

Azərbaycanda bank kassa dövriyyəsi son bir ildə 30% artıb
# 14 fevral 2013 14:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ildə 32,412 mlrd. manat, məxaric hissəsi isə 34,541 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilə nisbətən 29,7%, məxarici isə 29,4% artıb.

Beləliklə, ilin nəticələrinə görə, bank kassa dövriyyəsində 2,129 mlrd. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 2,119 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib ki, bu da 2011-ci ildəki göstəricidən 13,6% çoxdur.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 20,423 mlrd. manat və ya ümumi mədaxilin 63,0%-i daxil olub. Digər iri mənbələr sırasında hüquqi şəxslərdən daxilolmalar (6,667 mlrd. manat və ya 20,6%), fiziki şəxslərdən daxilolmalar (2,957 mlrd. manat və ya 9,1%) var.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 12,812 mlrd. manat və ya 37,1%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 11,283 mlrd. manat və ya 32,7%, bankomatlara pul qoyuluşunun payına 8,974 mlrd. manat və ya 26,0% düşür.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR