ANAMA yeni müdavimlərinə sertifikatlar verib - FOTO

ANAMA yeni müdavimlərinə sertifikatlar verib - <span style="color: red;">FOTO
# 28 fevral 2013 13:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzində agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) qurumu tərəfindən keçirilən təlimin iştirakçılarına sertifikatlar təqdim edilib. Agentlikdən APA-nın qərb bürosuna verilən məlumata görə, təlim 5 həftə davam edib. İlk iki həftədə nəzəri dərslər, sonra isə real minalanmış sahəyə bənzər sahələrdə əməliyyatlar keçirilib. Təlimdə 32 nəfər iştirak edib. Onlardan 29 nəfəri yeni müdavim, 3 nəfəri isə Xarici Keyfiyyət Yoxlaması bölməsinin işçiləri olub.

ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətin Təminat qurumun rəhbəri Elnur Qasımov bildirib ki, təlimi başa vuranlar ANAMA-nın bölgələrdə olan əməliyyat qrupunun boş yerlərində çalışacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR