Cavad Heyət dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Cavad Heyət dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 avqust 2014 15:05 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, tanınmış elm və ictimaiyyət nümayəndələri, o cümlədən multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Prezident yanında Bilik Fondunun əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, AYB sədri Anar Rzayev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, akademik Teymur Kərimli, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev də iştirak ediblər.

Çıxış edən xalq yazıçısı Anar Rzayev bildirib ki, C. Heyətin dünyasını dəyişməsi Azərbaycan üçün böyük itkidir: “O, həkim olmaqla bərabər, Azərbaycan dilinə də böyük xidmətlər göstərib. Onun yeri hər zaman görünəcək”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə qeyd edib ki, Cavad Heyətin Azərbaycanı və azərbaycanlıları dünyada tanıtmaqda böyük xidmətləri var: “Onun adı dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar üçün həmişə əziz olub. Alim, cərrah və ziyalı olaraq Azərbaycan xalqının nümayəndəsi kimi tanınıb. Belə bir insanı itirmək çox ağırdır”.

Akademiklər Teymur Kərimli və İbrahim Quliyev də öz çıxışlarında bildiriblər ki, Azərbaycanın elmi ictimaiyyəti üçün Cavad Heyətin ölümü böyük itkidir.

Vida mərasiminin ardınca mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

***

saat 15:11

Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Heyətlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, tanınmış elm və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərhumun həyat yoldaşı Fəridə Heyət APA-ya açıqlamasında bildirib ki, Cavad Heyət kimi insan hər ölkənin fəxridir: “Onun yoxluğu böyük itkidir. Bilirəm ki, mərasimə gələn gələn insanlar bizim ailənin keçirdiyi hissləri keçirirlər”.

F. Heyət C. Heyətin dəfnlə bağlı vəsiyyətinə də aydınlıq gətirib: “Onun vəsiyyəti həm Təbriz, həm də Bakı idi. Əvvəl Təbriz, olmasa, Bakı... Təbriz qismət olmadı, Bakıda dəfn olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR