ADİU Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir

ADİU Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir
# 09 may 2015 16:57 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilir.

APA-nın məlumatına görə, tədbirlər çərçivəsində ADİU-nun Quba rayonunun İkinci Nügədi kəndində yerləşən Tədris, İdman və İstirahət Kompleksində Ulu Öndərin büstü ucaldılıb. Büstün ətrafında ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin həyat və fəaliyyətini, daxili və xarici siyasətini, iqtisadiyyatın, təhsilin, kənd təsərrüfatının inkişafını, ordu quruculuğundakı nailiyyətlərini əks etdirən guşə yaradılıb. Guşədə Ulu Öndərin və dövlət başçısının təhsillə bağlı dəyərli fikirləri həkk olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR