Dow Jones indeksi 0,5%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,02% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,02% enib
# 30 yanvar 2013 06:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Yanvarın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 954 bəndədək, S&P 500 0,5% 1 508 bəndədək yüksəlib, Nasdaq 0,02% - 3 154 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına bir sıra iri şirkətlərin hesabatları təsir edib. Bunların sırasında «Ford Motors», «Pfizer» əczaçılıq şirkəti, məlumatların emalı üçün həllərin işlənməsi sahəsində aparıcı şirkətlərdən biri olan «EMC Corp.» şirkətini qeyd etmək olar.

Avropa fond bazarlarında yanvarın 29-da FTSE 100 indeksi 0,8% - 6 346 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 854 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 788 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 667,4 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3486 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR