Azərbaycan Milli Məclisin növbəti plenar iclası başlayıb

Azərbaycan Milli Məclisin növbəti plenar iclası başlayıb
# 22 fevral 2013 09:01 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisinin növbəti plenar iclası başlayıb. APA-nın xəbərinə görə, iclasda 17 məsələ müzakirəyə çıxarılacaq.

Gündəliyə “Reklam haqqında”, “Veteranlar haqqında”, “Könüllülük fəaliyyəti haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Əmək pensiyaları haqqında”, “Dərman vasitələri” haqqında qanunlara, İnzibati Xətalar Məcəlləsinə, "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"yə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na, "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində dəyişikliklər edilməsi ilə bağlı sənəd və bir sıra ölkələrlə imzalanmış sənədlərin ratifikasiyası daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR