«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 11 fevral 2013 08:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 13-dən etibarən Bakı Fond Birjasında (BFB) «Expressbank» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 273,2 manat, sayı 52 343 ədəd, ümumi həcmi isə 14 300 107,6 manat təşkil edir. Sözügedən qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 16,4% artaraq 101 707 437,6 manata çatacaq.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın nizamnamə kapitalı 87 400 330 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR