Ermənistanda həbs olunan keçmiş prezidentliyə namizəd ifadə verməkdən imtina edib

Ermənistanda  həbs olunan keçmiş prezidentliyə namizəd ifadə verməkdən imtina edib
# 05 mart 2013 22:31 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Vardan Sedrakyanın vəkili F.Sirunyan xəbər verib. O həmçinin bildirib ki, müdafiə tərəfi müəyyən addımlar atmağa hazırlaşır, lakin onların nədən ibarət olacağı barədə heç bir açıqlama verməyib.

Ermənistanda keçmiş prezidentliyə namizəd Vardan Sedrakyan iki ay müddətinə həbs olunub. Martın 5-də məhkəmə Milli təhlükəsizlik xidmətinin Vardan Sedrakyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə müraciətini təmin edib.

Vardan Sedrakyan digər keçmiş prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd təşkil etməkdə ittiham olunub.

Xatırladaq ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan İrəvanın mərkəzində çiynindən güllə yarası alıb. Fakt üzrə cinayət işi açılıb. Cinayət işi üzrə istintaq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzarətindədir.

Qeyd edək ki, yanvarın 8-də Paruyr Ayrikyana sui-qəsd törətməkdə şübhəli şəxs qismində Xaçatur Poqosyan və Samvel Arutyunyan saxlanılıb. Poqosyanın evindən sui-qəsddə istifadə olunan “Naqan” tipli tapança aşkar olunub. Saxlanılan şəxslər günahlarını etiraf ediblər.

Sonradan saxlanılan şəxslərin Vardan Sedrakyanın tanışları olduğu məlum olub. Belə ki, onlardan biri Sedrakyanın bağ evində təmir işləri görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR