“Nezavisimaya qazeta”: Avropa Oyunları Azərbaycana necə tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik olduğunu göstərmək üçün böyük imkanlar açır

“Nezavisimaya qazeta”: Avropa Oyunları Azərbaycana necə tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik olduğunu göstərmək üçün böyük imkanlar açır
# 08 iyun 2015 08:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına 50 Avropa ölkəsindən 6000-dən çox atlet gələcək”. APA-nın xəbərinə görə, bu barədə “Nezavisimaya Qazeta”nın saytında gedən məlumatda bildirilir.

Məqalədə deyilir ki, bu oyunlar Azərbaycan üçün gələn qonaqlara bir daha ölkədə əhalinin necə tolerant, qonaqpərvər və zəngin mədəniyyətə malik olduğunu göstərmək üçün böyük imkanlar açır: “Azərbaycan azərbaycanlıların daha çox yaşadığı ölkədir, lakin bu ölkə təkmillətli deyil. Burada ləzgilər, avarlar, talışlar, tatarlar və digər xalqlar yaşayır. Lakin ən böyük icma ruslara məxsusdur. Azərbaycanda təxminən 120 min rus var. Hazırda Azərbaycanda 16 rus və 356 qarışıq dilli məktəb var. Bütün universitetlərdə isə rusdilli fakültələr fəaliyyət göstərir. Bu fakültələrdə 16 min tələbə təhsil alır. İudaizmə etiqad edən əhalinin sayı isə 16 mindir və dağ yəhudilərinin yaşadığı ən böyük yaşayış məntəqəsi Qırmızı qəsəbədir. Bu qəsəbə “Forbes” jurnalına düşən bir sıra Rusiya milyarderlərinin vətənidir”.

Məqalədə zərdüştlükdən də danışılıb və onun izi kimi “Atəşgah” məbədi göstərilir: “Azərbaycan tarixlə bağlarını qırmır. Məhz Atəşgahda Avropa Oyunlarının məşəli Azərbaycan prezidenti İlham Əliyev tərəfindən alovlandırılıb. Bu məşəl ölkənin 60 rayonunu gəzib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR