Bank Of Baku

Taxıl sahələrində yanğın olub, 1 nəfər xəsarət alıb

Taxıl sahələrində yanğın olub, 1 nəfər xəsarət alıb
# 26 iyun 2018 15:11 (UTC +04:00)

Xaçmaz, Yardımlı və Qəbələdə taxıl sahələrində yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Qaraqurdlu kəndində 1 ha biçilməmiş və 8 ha biçilmiş taxıl sahəsi, Yardımlı rayonunun Sırıq kəndində 3 ha biçilməmiş və 1 ha biçilmiş taxıl sahəsi, Qəbələ rayonunun Bılıx kəndində isə 3 ha biçilməmiş taxıl sahəsi yanıb. Qəbələdəki yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Hər üç yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR