Bank Of Baku

Britaniya Fransanın "İstəklilər koalisiyası"ndan çıxa biləcəyindən narahatdır

Britaniya Fransanın "İstəklilər koalisiyası"ndan çıxa biləcəyindən narahatdır
# 03 avqust 2026 02:10 (UTC +04:00)
0:00 / 0:00
80%

Böyük Britaniya 2027-ci il prezident seçkilərində Marin Le Pen və ya Jan-Lük Melenşonun hakimiyyətə gələcəyi təqdirdə Fransanın Ukraynaya dəstək verən "İstəklilər koalisiyası"ndan çıxmasından narahatdır.

Bu barədə “The Daily Telegraph” mənbələrə istinadən məlumat verib.

Məlumata görə, hər iki siyasətçi Prezident Emmanuel Makronun Ukraynaya dəstək və Rusiyaya qarşı sərt siyasətini bölüşmür.

London hesab edir ki, Fransada hakimiyyət dəyişikliyi koalisiyanın gələcəyini və müttəfiqlər arasında kəşfiyyat məlumatlarının mübadiləsini sual altına qoya bilər.

Qəzet onu da qeyd edir ki, NATO ölkələrinin diplomatik dairələrində artıq Fransanın mümkün boşluğunu hansı ölkənin doldura biləcəyi müzakirə olunur.

Əsas namizəd Almaniya hesab edilsə də, ölkədaxili siyasi vəziyyətin Berlinin Ukraynaya daha fəal dəstək verməsinə mane ola biləcəyi bildirilir.

Qeyd edək ki, 2025-ci ildə yaradılan "İstəklilər koalisiyası" Böyük Britaniya və Fransanın rəhbərliyi altında Ukraynaya təhlükəsizlik təminatları və münaqişədən sonra mümkün hərbi kontingentin göndərilməsi məsələlərini müzakirə edən 30-dan çox ölkəni birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR