Paşha Bank
Bank Of Baku

Mingəçevirdə iki avtomobil toqquşub, yaralananlar var

Mingəçevirdə iki avtomobil toqquşub, yaralananlar var
# 28 oktyabr 2026 00:37 (UTC +04:00)

Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Belə ki, “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2010-cu il təvəllüdlü sərnişin Murad Novruzlu və taksi kimi istifadə olunan avtomobilin 1985-ci il təvəllüdlü sürücüsü Bəylər İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR