Azərbaycanda kredit kartlarının sayı 2 dəfədən çox artıb

Azərbaycanda kredit kartlarının sayı 2 dəfədən çox artıb
# 18 fevral 2013 13:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son bir ildə Azərbaycanda kredit kartlarının sayı 2 dəfədən çox, bu kartlarla aparılan əməliyyatların həcmi isə 36% artıb. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata əsasən, 2013-cü il yanvarın 1-nə ölkədə aktiv kredit kartlarının sayı 408 minə çatıb ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 2,25 dəfə çoxdur.

Hesabat ilində kredit kartları ilə aparılan əməliyyatların sayı və məbləği də kəskin artıb. Belə ki, 2012-ci ildə kredit kartları ilə 480 min əməliyyat aparılıb ki, bu da 2011-ci illə müqayisədə 73,2% artıqdır. Kredit kartları ilə həyata keçirilən əməliyyatların həcmi isə 2011-ci ilə nisbətən 36,5% artaraq 101 mln. manata çatıb.

AMB-nin məlumatına görə, ötən il ərzində plastik kartlarla aparılan əməliyyatlar üzrə kreditlərin artımı 29,9% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR