Bank Of Baku

Naxçıvanda kanalda batma təhlükəsi olan şəxs xilas edilib

Naxçıvanda kanalda batma təhlükəsi olan şəxs xilas edilib
# 07 avqust 2026 09:53 (UTC +04:00)

FHN-in “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə APA-nın yerli bürosuna Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR