Bank Of Baku

Krımda hərbi aerodromda güclü yanğın baş verib

Krımda hərbi aerodromda güclü yanğın baş verib
# 07 avqust 2026 11:22 (UTC +04:00)

Avqustun 7-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı "Qvardeyskoye" hərbi aerodromunda bir neçə güclü partlayışdan sonra böyük yanğın başlayıb.

Bu barədə “RBK-Ukrayna” "Krımski Veter" Telegram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, aerodrom ərazisində eyni vaxtda iki yanğın ocağı qeydə alınıb.

Son məlumata əsasən, obyektin ərazisində yanacaq-sürtkü materialları anbarı yanır. Ərazidə sursatların detonasiyası da davam edir.

Qeyd olunur ki, Rusiya ordusu bu aerodromdan zərbə pilotsuz uçuş aparatlarını buraxmaq üçün istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR