Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.