İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb

İlqar Məmmədovun apellyasiya şikayəti təmin olunmayıb
# 01 mart 2013 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib.

F.Ağayev bildirib ki, apellyasiya şikayəti təmin olunmayıb. F.Ağayev bildirib ki, fevralın 4-də İ.Məmmədov qanunsuz olaraq saxlanılıb və məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçməmişdən əvvəl dindirilib. Həmin hərəkətlərin qanunsuz hesab olunması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə verilən vəsatət təmin olunmadığından, apellyasiya şikayəti verilib.

Qeyd edək ki, İ.Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR