Fələstinlilərin buraxdığı raketlər İsrail ordusu tərəfindən Təl Əviv üzərində vurulub

Fələstinlilərin buraxdığı raketlər İsrail ordusu tərəfindən Təl Əviv üzərində vurulub
# 12 iyul 2014 23:55 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fələstin tərəfi bundan əvvəl istehsal etdiyi yeni tip raketlərlə İsrailə zərbə endirəcəyini elan etmişdi.

Məlumata görə, “Dəmir Günbəz” raketdən müdafiə batareyası 400 min əhalisi olan Təl Əviv şəhəri üzərində Qəzza zolağından atılan 3 reaktiv raketi vurub. İsrailin raketdən müdafiə sistemi bundan əvvəl də Təl-Əvivə atılan raketləri vura bilib.

Qeyd edək ki, HƏMAS hərəkatının hərbi qanadı olan Əlqəssam batalyonu bir müddət əvvəl iyulun 12-də Bakı vaxtı ilə 23.00-da Təl-Əvivə “Cəbbari-80” yeni tip raketləri atacağını elan etmişdi. Qeyd edək ki, fələstinlilərin istehsal etdiyi yeni tip raketə Əlqəssam batalyonunun 2012-ci ilin noyabrında öldürülmüş komandiri Əl Cəbbarın adı verilib.

İsrail ordusu, fələstinlilərin raket zərbəsini dəf etdikdən sonra cavab atəşi açaraq Qəzza zolağındakı raket qurğusunu sıradan çıxarıb.

Qeyd edək ki, Təl-Əvivdən başqa hava həyəcanı İsrailin bir neçə şəhərlərində elan olunub. İtkilər və ya dağıntılar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR