APA TV-nin məlumatına görə, Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. "Onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam", - deyən Abdullah Gül bildirib ki, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.
Abdullah Gül səlahiyyət müddəti bitdikdən sonra Ankarada qalmaq istəmədiyini və İstanbula köçəcəyini bildirib.
Abdullah Gül: "Yeni baş nazir Əhməd Davudoğlu olacaq" - VİDEO
20 avqust 2014 02:26 (UTC +04:00)
Avropa
Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin yayıla biləcəyini deyib
02:48
16 iyun 2024
Almaniya kansleri Olaf Şolts Ukraynada atəşkəsə qarşı çıxıb
23:43
15 iyun 2024
İsveçrə prezidenti Rusiyasız sülh prosesinin ağlasığmaz olduğunu bildirib
23:03
15 iyun 2024
Ukrayna hökuməti Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını açıqlayıb
20:52
15 iyun 2024