Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının yeni qurumu yaradılacaq

Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının yeni qurumu yaradılacaq
# 25 aprel 2013 13:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni mərkəzi yaradılacaq.

APA-nın xəbərinə görə, İslam ölkələrinin əmək və sosial müdafiəsi məsələlərini əhatə edəcək bu qurum Beynəlxalq Əmək Təşkilatının modeli olacaq.

İƏT-ə üzv olan 57 ölkəni özündə birləşdirəcək yeni mərkəzdə əhalinin əmək, məşğulluq, sosial müdafiəsi və digər məsələlər həll ediləcək. Bu təkliflə Bakıda keçirilən İƏT-ə üzv ölkələrin əmək nazirlərinin ikinci konfransına sədrlik edən Azərbaycan çıxış edib. Təklif təşkilatın baş katibi Ekmələddin İhsanoğlu və üzv ölkələrin nazirləri tərəfindən də qəbul edilib. Həmin təklif prezidentə də təqdim olunub.

Yeni mərkəzin Azərbaycanın əmək və sosial müdafiə sahəsində İƏT-ə rəhbərlik edəcəyi iki il müddətində açılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR