Bank Of Baku

“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiqlənib

“Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiqlənib
# 21 iyul 2018 10:18 (UTC +04:00)

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilib.

 

APA-nın xəbərinə görə, bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

 

Əmrə əsasən, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor Famil Mustafayev “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin sədri təyin edilib.

 

Əmrlə redaksiya heyətinə yeni üzvlər də təyin olunub.  Redaksiya heyətinin yeni üzvləri aşağıdakı kimidir:

 

Müslüm İbrahimov – Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru, professor;

Rasim Əlizadə – Azərbaycan Texniki Universitetinin kafedra  müdiri, texnika üzrə elmlər doktoru, professor;

Müseyib İlyasov  – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Novruz Quliyev – Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Fuad Vəliyev – Bakı Ali Neft Məktəbinin müəllimi, texnika üzrə elmlər doktoru, professor;

Fərid Ağayev –  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru;

Tahir Əmiraslanov – Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, əməkdar mədəniyyət işçisi;

Vüqar Zeynalov – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

Amil  Əlili   – Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə  müdiri;

Rəsul Əsgərov – Təhsil İnstitutunun şöbə müdiri, əməkdar müəllim;

Nəzakət Mehdiyeva – Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini, qabaqcıl təhsil işçisi;

Qalib Həsənov – Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru;

Tanırverdi Tanırverdiyev – Tovuz Peşə Liseyinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru;

Hikmət Camalov – Abşeron Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri.

 

Əmrin icrasına nəzarət aparat rəhbəri Muxtar Məmmədova həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR