Vüsalə Mahirqızı: “Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub” - VİDEO

Vüsalə Mahirqızı: “Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub” - <span style="color: red;">VİDEO
# 11 dekabr 2014 10:17 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxışında deyib.

Onun sözlərinə görə, Türkiyənin TRT kanalı və rəsmi Anadolu Agentliyi Azərbaycanla bağlı məsələlərdə çox həssas yanaşma nümayiş etdirirlər: “Lakin çox təəssüf ki, Türkiyənin özəl media quruluşlarında Azərbaycan, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı yanlışlıqlar və laqeydlik müşahidə olunur. Türkiyə üçün önəmli olan məsələlər Azərbaycan mediasında həmişə diqqət mərkəzində olub. Bu, Azərbaycanın təkcə rəsmi mediasına deyil, özəl media quruluşlarına da aiddir. Mən arzu edirəm ki, Türkiyənin bütün media quruluşlarında da biz eyni həssaslığa rast gələk”

V.Mahirqızı bildirib ki, Azərbaycanda internet media qəzetçilik əsasında formalaşıb: “Bu sahədə əsas bazanı ənənəvi mediadan gəlmiş jurnalistlər təşkil edir, buna görə də internet mediada daha çox ənənəvi medianın prinsipləri öz əksini tapır. Amma Azərbaycanda internet mediada qəzetlərin internet versiyaları ağırlıq təşkil etmir. Yalnız müəyyən istisnalar var”.

Şirkət rəhbəri deyib ki, Azərbaycanda agentlik və saytların sayı çox olsa da, portal anlayışına uyğun gələn quruluşlar azdır: “Ölkədə xəbər saytları, aqreqator saytlar, ixtisaslaşmış saytlar və hələlik inkişaf yönünü tam müəyyənləşdirə bilməyən, daha çox portallaşmağa meyl edən quruluşlar var”.

V.Mahirqızı qeyd edib ki, internet mediada peşəkarlıq həm də oxucunun peşəkarlaşması ilə paralel gedəcək: “Oxucu yavaş-yavaş peşəkarlaşır və o, vaxtını internetdə xərcləmək istəmir. O, internetdən konkret olaraq özünə lazım olanı seçir. Ona görə də saytlar bunu nəzərə almalı və hansı kontentə xitab etdiklərini bilməlidirlər. Bu detalı nəzərə almadan inkişaf bir az çətin görünür”.

APA Holding”in rəhbəri bildirib ki, onlayn media üçün İP çox önəmlidir: “Amma burda incə bir detal var: İP üçün yazmaq, yoxsa yazıb İP toplamaq? Bu suala dəqiq cavab tapmaq artıq istənilən saytın yönümünü, kontentini, reklamvericisini müəyyənləşdirmək üçün əsas vasitədir. Əgər media ciddidirsə və brendləşibsə, onun az, amma daha bahalı reklam almaq imkanı var. Media kütləvilik, populyarlıq, yalnız İP üçün işləyirsə, daha çox, amma ucuz reklam almaq imkanı olur”.

V.Mahirqızı deyib ki, onun üçün saytların ciddiyyəti məhz onların ən çox oxunan xəbərlər çoxluğudur: “Bu, saytın kontentini müəyyənləşdirmək üçün əsas vasitədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR