ÜST: Azərbaycanda ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır

ÜST: Azərbaycanda ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır
# 16 aprel 2013 08:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə məsləhətçi Sevil Əsədova “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa çıxışında bildirib ki, ölkədə ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Onun sözlərinə görə, bu xəstəlikdən ölənlərin sayı 51% təşkil edir: “Bundan əlavə, ölkəmizdə yoluxucu, qida çatışmazlığı, analıq və perinatal xəstəliklərdən 17%, xərçəngdən 11%, digər xroniki xəstəliklərdən 10%, tənəffüs orqanlarının xroniki xəstəlikləri və zədələnmələrdən 4%, şəkərli diabetdən isə 3% insanlar dünyasını dəyişir. 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər ilə bağlı ölüm hallarının 15% artması proqnozlaşdırılır”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR