Bank Of Baku

Qazaxda su qızdırıcısı partlayıb, xəsarət alan var

Qazaxda su qızdırıcısı partlayıb, xəsarət alan var
# 27 oktyabr 2026 11:22 (UTC +04:00)

Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir. Nəticədə o, yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, Qazax rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan şəxs (kişi ) 26 oktyabr tarixində saat 18:30 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin II və III dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1990-cı il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəznində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR