Paşha Bank
Bank Of Baku

Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib

Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
# 15 oktyabr 2026 15:33 (UTC +04:00)

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib.

APA-nın şimal bürosunun məlumatına görə, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.

Məlumata görə, kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqəsinə tez-tez daxil olmasından narahatdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR