«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 05 mart 2013 12:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Turanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 082 manat, sayı 9 243 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 926 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 33,3% artaraq 40 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 221,4 mln. manat, kredit portfeli 163,6 mln. manat, depozit portfeli 90,5 mln. manat, məcmu kapitalı 33,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 30 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR